UEFA Çempionlar Liqasında mübarizə apacaq “Qarabağ” turnirin ikinci təsnifat mərhələsində ilk oyununu keçirəcək.

Komandamız bu mərhələdəki rəqibi “Linkoln”la qarşılaşmaq üçün Cəbəllütariqə yollanıb. Görüş öncəsi baş məşqçi Qurban Qurbanov matçla bağlı hazırlığı dəyərləndirib. Təlim –məşq toplanışının iki mərhələdən ibarət olduğunu qeyd edən təcrübəli mütəxəssis futbolçularının  hər birindən razı qaldığını deyib.  Qurban Qurbanov bildirib ki, komanda “Linkoln”la  oyuna tam hazırdır. Baş məşqçi rəqib barədə fikirlərini də açıqlayıb. “Linkoln”da əsas heyətdə 5 yeni futbolçunun olduğunu deyən Qurbanov rəqibin ev matçlarını süni örtüklü meydanda keçirdiyini deyib: “Bu ,  bizim üçün xoş olmayacaq. Ötən il də çətinliklə üzləşmişdik. Kənardan bu rəqibə asan qalib gələcəyimiz görünsə də, tam əksi oldu və çətinlik çəkdik. Oyuna tam motivasiya ilə ciddi hazırlaşır. Bunu rəqib tələb edir”.  Baş məşqçi  “Qarabağ”dakı dəyişikliklərə də toxunub. Onun sözlərinə görə Şahruddin Məhəmmədəliyev komandaya gec qoşulduğu üçün tam hazır deyil. Fabiyan Buntiç isə yaxşı adaptasiya və hazırlıq  keçib. Heyətin digər üzvlərindən Amin Ramazanov və Musa Qurbanlı zədə, Elvin Cəfərquliyev isə cəza səbənindən “Linkoln”la səfər matçında meydana çıxamayacaq. Xatırladaq ki, iyulun 23-də keçiriləcək “Linkoln” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 20-də başlayacaq. Bu komandaların cavab görüşü bir həftəs onra Bakıda olacaq.